Bələdiyyə sədri küçədə vacib ehtiyacını ödəyərkən tutuldu

15:19 27.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şimali İrlandiyanın inzibati paytaxtı olan Belfast şəhərində maraqlı hadisə baş verib.

Hafta.az yazır ki, şəhər bələdiyyəsinin sədri Con Finukane, küçənin ortasında vacib təlabatını ödəyərkən insanlar tərəfindən yaxalanıb. Məsələ ilə bağlı Belfast Şəhər Bələdiyyə Şurasına məlumat verilib və hazırda sədrin niyə ictimai məkanda belə etməsinə dair sorğu-sual gedir.

Maraqlıdır ki, 39 yaşlı Con Finukane, Belfastın mərkəzində etdiyi hərəkətə görə üzr istəyib. O, “Bu hadisəyə görə çox utanıram və son dərəcə peşman olduğumu diqqətə çatdırıram, hamıdan üzr istəyirəm" deyib. 

Bələdiyyə sədri deyib ki, iştirak etdiyi sosial tədbirlərin birindən qayıdarkən tələbatını ödəmədən addım ata bilməyəcəyini anlayıb. Təcili Castle prospektində yerləşən ofisinə girmək istəyib, amma baxıb ki, açarlar üstündə deyil. Əlacı kəsilib, prospektin adam olmayan - xəlvəti guşəsinə çəkilərək ehtiyacını ödəmək istəyərkən iki polis tərəfindən yaxalanıb. 

Polis idarəsində bələdiyyə sədrinə əxlaqsız hərəkətindən dolayısı töhmət verilsə də, bu davranışa görə hər hansı cəzanın nəzərdə tutulmadığını əsas gətirərək sərbəst buraxıblar. 

Bələdiyyə sədrinə qarşı, ictimai davranış qaydalarını pozduğu üçün rəsmi istintaqın başlayıb-başlamayacağına dair qərar Bələdiyyə Şurasının yekun rəyi açıqlanandan sonra bilinəcək.